Benzer Basında Haberler
mediasiya.tv - Mediatorların Şimali Kipr Türk Respublikasına səfəri başlayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mediasiya Şurası Türk Dünyası Mediatorlar Birliyinin qurucularından və ən aktiv iştirakçılarından biridir. Türk Dünyasında mediatorlar və eyni eko sistemə yaxın peşələr arasında əməkdaşlığın qurulması, eyni zamanda mediasiya olmayan türk dövlətlərində Azərbaycan və Türkiyə təcrübəsi üzərindən mediasiya proseslərinin qurulmasında da Azərbaycan Mediasiya Şurası Türkiyədəki tərəfdaşlarla birlikdə Türk Dünyası Mediatorlar Birliyi platforması üzərindən əməkdaşlıq edir və dəstək verir.
12-14 mart 2024-cü il tarixində Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi, Türkiyədən mediasiya təlimçiləri və mediatorlarla birlikdə Azərbaycan Respublikasının Mediasiya Şurasını təmsil edən peşəkar mediatorların da Şimali Kipr Türk Respublikasına (KKTC) səfəri planlanıb.
Səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə mediator, mediasiya təlimçisi və Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Qasım Şalıyev rəhbərlik edir. Eyni zamanda nümayəndə heyətinin tərkibinə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, mediasiya təlimçisi, Bakı 14 saylı mediasiya təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, mediator, mediasiya təlimçisi Gültəkin Məmmədova, Türk Dünyası Mediatorlar Birliyində Azərbaycan Mediasiya Şurasını təmsil edən Komissiya sədri Miryusif Cavadzadə, mediasiya təlimçisi, Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova, Bakı 6 saylı mediasiya təşkilatının rəhbəri, mediasiya təlimçisi Tural Şahbazov, mediasiya təlimçisi, mediator, Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova, mediator, Bakı 20 saylı mediasiya təşkilatının rəhbəri Nicat İsmayılov, Salyan 1 saylı mediasiya təşkilatının rəhbəri Elman Hənifəli daxildir.
Türkiyə Cümhuriyyətini isə Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələri - T.D.A.B. sədri, vəkil - mediator Yakup Erikel, üzvləri Serpil Akdeniz, Hüseyin İlhan Yetişgin, Çiğdem Arslan, Yusuf Gözel, Meltem Temurer, T.D.A.B. Şimali Kipr Türk Cümhuriyyəti kordinatoru, vəkil - mediator Ayfer Bozyiğit, T.D.A.B. Tədris Komissiyasının kordinatoru, vəkil - mediator Yasemin Güllüoğlu, T.D.A.B. Mərkəzi Komissiyanın kordinatoru, vəkil - mediator Osman Çelebi, T.D.A.B. Rabitə və Əməkdaşlıq Komissiyasının kordinatoru, vəkil - mediator Havva Hacınecipoğlu, T.D.A.B. Macaristan Komissiyasının üzvü, vəkil - mediator Hasan Oymak, T.D.A.B. Media Təşviqi Komissiyasının kordinatoru vəkil - mediator Ayşe Eda Günday, Akademik Mədəni və Təbii İrs eksperti Özcan Temurer, T.D.A.B. Tədris Komissiyasının üzvü, vəkil - mediator Emrullah Manav təmsil edir.
Səfər çərçivəsində nümayəndə heyəti, KKTC Prezidenti Ersin Tatar, Türkiyə Cümhuriyyətinin KKTC-dəki səfiri cənab Metin Feyzioğlu, KKTC Ali Məhkəməsinin sədri xanım Narin Ferdi Şefik, KKTC Baş Prokuroru cənab Sarper Altıncık, KKTC Ombudsmanı cənab İlkan Varol tərəfindən qəbul ediləcəkdir. Eyni zamanda nümayəndə heyəti KKTC Vəkillər Birliyinin sədri, vəkil Hasan Esendağlı ilə də görüşəcək.
Nümayəndə heyətinin gənclər və tələbələrlə də görüşləri planlaşdırılıb. Belə ki, KKTC Sosial Elmlər Universitetinin rektoru Enver Arpa, KKTC Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselen, KKTC Bahçeşehir Universitetinin rektoru Mehmet Toycan ilə görüşlər keçiriləcək, nümayəndə heyəti üzvləri tərəfindən həmin universitetlərin tələbələri ilə seminarlar təşkil olunacaq. Görüşlərdə Azərbaycan və Türkiyə mediasiya təcrübəsi Şimali Kipr Türk Cümhuriyyətində təqdim ediləcək.
Haberin Linki
https://mediasiya.tv/mediasiya-surasinin-fealiyyeti/mediatorlarin-simali-kipr-turk-respublikasina-seferi-baslayib